24 sentyabr 2026 13:30
104

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışında paytaxta gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.

“İki sahil” xəbər verir ki,  Bakı Şəhər Halqasından verilən məlumata görə, bu, Formula 1 yarışının Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Ötən il Azərbaycan Qran-Prisini izləmək üçün paytaxta gələn xarici qonaqların sayı 14 min olub.

Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. Bu il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

Beləliklə, 10-cu Azərbaycan Qran-Prisi rekord sayda xarici qonağı Bakıya gətirməklə yanaşı, dünyanın müxtəlif ölkələrindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.