25 sentyabr 2026 21:06
90

Azərbaycanın U-21 millisi Çexiya yığması ilə qarşılaşıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Rəşad Eyubovun başçılıq etdiyi komanda Bakıda Çexiya yığması ilə qarşılaşıb. "Bank Respublika Arena"da təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə hesabı qonaqların heyətində Filip Lissa açsa da, millimizin futbolçusu Eşqin Əhmədov bərabərlik qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.