12 yanvar 2017 15:09
266

Xətai rayonunun bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Yanvarın 12-də saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bahar Enerji Əməliyyat Şirkəti əsas ölçü qovşağı”nda cari təmir işləri aparılacaq. Aparılan işlərin Bakının Xətai rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.