26 sentyabr 2026 15:03
83

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

“İki sahil” xəbər verir ki, yürüşdə hər birində iki pilot olmaqla 11 komanda mübarizə aparır. Formula 1 yürüşündə pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxıblar.

Yarışa birinci yerdən "Mercedes"in sürücüsü Corc Rassell başlayıb. İkinci pillədə "Ferrari"nin pilotu Şarl Lekler, üçüncü sırada isə "McLaren"in təmsilçisi Oskar Piastri qərarlaşıb. Onları müvafiq olaraq İsak Hacar ("Red Bull"), Lando Norris ("McLaren"), Luis Hemilton ("Ferrari"), Pyer Qasli ("Alpine"), Maks Ferstappen ("Red Bull"), Karlos Sayns ("Williams") və Esteban Okon ("Haas") izləyirlər.