Ətraf Mühitin Mühafizəsi Agentliyinin verdiyi xəbərə görə, Sinqapurun şərqindəki Pulau Ubin adasında yerləşən Changi və Noordin çimərliyində neft sızmasının qarşısını almaq məqsədi ilə əməliyyatlara başlanılıb.
“İki sahil” “straitstimes.com” saytına istinadən xəbər verir ki, bu məqsədlə 200 nəfər işçi sözügedən əraziyə cəlb olunub. Sızma cümə günü Johor adasında başlayaraq, hər iki çimərlik boyu yayılıb. Əhalinin verdiyi məlumata görə, Changi çimərliyinin müəyyən hissəsində təmizləmə işləri həyata keçirilsə də, əməliyyatlar hələ tamamlanmayıb. Ətraf Mühitin Mühafizəsi Agentliyi Changi, Punggol və Pasir Ris çimərliyində apardığı sualtı monitorinqdən sonra hər şeyin qaydasında olduğunu və əldə olunan nəticələrə görə çirklənmənin sualtına heç bir mənfi təsir göstərmədiyini bildirib.
Qeyd edək ki, sızma neftdaşıyan gəmidə baş verən problemlə əlaqələndirilir və sızma nəticəsində nə az, nə çox 300 ton neft ətrafa yayılaraq itkiyə çevrilib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub