26 sentyabr 2026 21:22
77

Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub

27 Sentyabr – Anım Günü münasibətilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Dostluq Parkında Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, səfirlik əməkdaşları türkiyəli həmkarları ilə birlikdə abidənin önünə gül dəstələri qoyub. Ziyarət zamanı həyatını itirən şəhidlərin ruhlarına dualar oxunub.