27 sentyabr 2026 10:53
81

Millimiz mövsümün ilk oyununa çıxır

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm ilk oyununa çıxır.

“İki sahil” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Litva millisi ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərindəki "Dariaus və Gireno" stadionunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu oktyabrın 1-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.

UEFA Millətlər Liqası

27 sentyabr

D Liqası, II qrup

17:00. Litva - Azərbaycan.