Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aydos Mirzaxmetovun ölkənin yeni müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.
Daha əvvəl Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı hərbçilərin həlak olmasından sonra Dauren Kosanovu müdafiə naziri vəzifəsindən azad etmişdi.
Bundan başqa, Tokayev Xəzər dənizindəki təlimlər zamanı həlak olan 14 hərbçini hərbi vəzifələrini yerinə yetirərkən göstərdikləri şücaət və fədakarlığa görə ölümündən sonra igidlik ordenləri ilə təltif edib.
Almaniyanın Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizəd şəhəri müəyyənləşib