“SOCAR Polymer” zavodunun 2018-ci ildə tam istismara verilməsi planlaşdırılır.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, “SOCAR Polymer” Azərbaycanın son 40 il ərzində növünə və miqyasına görə həyata keçirilən ilk neft-kimya layihəsidir.
Sumqayıtda inşa olunan və Azərbaycanın neft-kimya sənayesini, eyni zamanda, ixrac potensialını inkişaf etdirəcək layihənin inşaat işləri 2016-cı il üçün tam plan üzrə tamamlanıb. Zavodun 2018-ci ildə tam istismara verilməsi planlaşdırılır. “SOCAR Polymer” zavodunda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub