Azərbaycan Dillər Universiteti növbəti mötəbər tədbirə evsahibliyi edəcək. Oktyabr ayının 8-də ADU-da IV BeynəlxalqTürk dili və ədəbiyyatının tədrisi simpoziumu keçiriləcək.Türk dili və ədəbiyyatının tədrisi sahəsində aktual məsələlərinmüzakirə olunacağı simpoziumda Azərbaycanla yanaşıTürkiyə, Yaponiya, Rusiya, Polşa və başqa ölkələrdənümumilikdə 150-yə yaxın tanınmış alim və tədqiqatçılar, alitəhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.
Tədbir geniş elmi müzakirələr üçün mühüm platformayaçevriləcək, iştirakçılar türk dili və ədəbiyyatının tədrisininaktual problemlərini, yeni metodoloji yanaşmaları və müasirtəhsil imkanları ətrafında fikir mübadiləsi aparacaqlar.
Tədbirin əsas məqsədi türk dili və ədəbiyyatının tədrisi iləbağlı müasir yanaşmaları, mövcud problemləri vəperspektivləri müzakirə etmək, bu sahədə qabaqcıl təcrübə vəelmi fikirlərin mübadiləsinə şərait yaratmaqdır.
IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumutürk dünyasının müxtəlif elm və təhsil müəssisələri arasındaəlaqələrin genişləndirilməsinə, yeni elmi əməkdaşlıqlarınqurulmasına və türk dili və ədəbiyyatının tədrisi sahəsindəbirgə layihələrin təşviqinə mühüm töhfə verəcək.
Simpozium bir sıra yeniliklərlə diqqət çəkir. Belə ki, simpoziumda Türkiyədən və digər ölkələrdən olan elm adamlarının, ziyalıların və mütəxəssislərin iştirakı nəzərdətutulub. Həmçinin ölkənin müxtəlif ali təhsilmüəssisələrindən olan tədqiqatçıların, alimlərin vəmütəxəssislərin iştirak etməsi simpoziuma rəng qataraq, akademik mübadilənin artırması üçün əlverişli imkanyaradacağını proqnozlaşdırmaq olar. Bakı TürkologiyaQurultayı və Qazi Universitetinin 100 illiyi, ADU-nun 80 illiyi münasibətilə keçiriləcək IV Beynəlxalq Türk dili vəədəbiyyatı tədrisi simpoziumu gənc alimlər, tədqiqatçılar üçünxüsusi əhəmiyyət kəsb edir.
Simpozium gənc tədqiqatçıların elmi araşdırmalarını təqdimetmələri, müxtəlif ölkələrdən olan həmkarları ilə fikirmübadiləsi aparmaları və yeni elmi əlaqələr qurmasıbaxımından mühüm platforma olacaq. Tədbir iştirakçılara türkdili və ədəbiyyatının tədrisi sahəsində mövcud elmiyanaşmalarla yaxından tanış olmaq, beynəlxalq təcrübəniöyrənmək və öz tədqiqatlarının nəticələrini daha geniş elmiauditoriyaya təqdim etmək imkanı yaradacaq.
Eyni zamanda, simpoziumun gənc alimlərin elmi əməkdaşlıqimkanlarının genişlənməsinə, birgə tədqiqat və layihələrinhəyata keçirilməsinə, eləcə də türkoloji araşdırmaların yeniistiqamətlər üzrə inkişafına stimul verəcəyi gözlənilir.
Tədbirin yubiley xarakterli əlamətdar tarixlərlə eyni çərçivədəkeçirilməsi isə onun elmi və ictimai əhəmiyyətini daha da artırır. Simpoziumun türk dili və ədəbiyyatının tədrisi ilə bağlıyeni perspektivlərin müəyyənləşdirilməsinə, elmi dialoqungücləndirilməsinə və gələcək nəsil tədqiqatçıların yetişməsinətöhfə verməsi nəzərdə tutulur.
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM