Azərbaycan təmsilçiisi Vaqif Müsəddiq (85 kq) Yunanıstanın paytaxtı Afinada keçirilən usta ağırlıqqaldıranların dünya çempionatında M70 yaş kateqoriyasında qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Ağırlıqqaldıran toplam 147 kq nəticə göstərərək qızıl medala sahib çıxıb. Zülfüqar Süleymanov (75 kq, M40) isə iki hərəkətin cəmində 249 kq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Səddar Quliyev (85 kq, M75) toplam 126 kq nəticə ilə gümüş medal əldə edib.
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb