İtaliya A Seriyası təmsilçisi "Yuventus" "İnter"in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə maraqlanır.
“İki sahil” xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb. 32 yaşlı futbolçunun "İnter"lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. Tərəflər arasında sözləşmə müddətinin uzadılması ilə bağlı danışıqlar davam etmir. Razılıq əldə olunmasa, Turin klubunun Çalhanoğlunu transfer etmək üçün addım atacağı bildirilir.
2017-ci ildən İtaliyada çıxış edən futbolçu əvvəlcə "Milan"da, 2021-ci ildən isə "İnter"də forma geyinib. O, "İnter"lə 2 dəfə A Seriyasının, 3 dəfə İtaliya Kubokunun və 3 dəfə Superkubokun qalibi olub.
H. Çalhanoğlu cari mövsümdə 4 matçda 2 qol vurub. Hazırda o, zədə səbəbindən meydana çıxa bilmir.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb