Yaponiya hakimiyyəti nüvə silahı əldə etmək cəhdlərindən imtina etməli, beynəlxalq birlik isə bu qərara təsir göstərməlidir.
“İki sahil” TASS-a istinadla xəbər verir ki,bBu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qo Szyakun brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Yaponiyanın sağçı qüvvələri müharibədən sonrakı beynəlxalq nizama və nüvə silahının yayılmaması sisteminə daim meydan oxuyur, səhv yolla getməyə davam edirlər: "Beynəlxalq birlik Yaponiyanın nüvə silahının yayılmaması ilə bağlı üç prinsifə qətiyyətlə əməl etməsini, Nüvə silahının yayılmaması haqqında müqavilə üzrə öhdəliklərini ciddi şəkildə yerinə yetirməsini, remilitarizasiya və nüvə silahına sahib olmaq cəhdlərindən tamamilə imtina etməsini tələb etməlidir".
XİN rəsmisi xatırladıb ki, cari ildə Tokio prosesinin başlamasından 80 il ötür. O qeyd edib: "Tarix yapon militarizminin Asiya xalqlarına və bütün dünyaya gətirdiyi dərin bəlaları unutmayıb və unutmayacaq".
Bundan əvvəl Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi bəyan etmişdi ki, ölkənin Baş naziri Sanae Takaiti ilin sonunda təhlükəsizlik məsələləri üzrə baza sənədlərinin, o cümlədən nüvə silahına yanaşmanın yenidən baxılması ilə bağlı yekun qərar qəbul edəcək.
Məhkəmə Trampa miqrantların üçüncü ölkələrə deportasiyasını bərpa etməyə icazə verib
Netanyahu təyyarəsinin ələ keçirilməsi siqnalı ilə əlaqədar təcili iclas keçirir