30 sentyabr 2026 16:52
102

U-20-nin oyunları canlı yayımlanacaq

 

 

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları canlı yayımlanacaq.
U-20 millimiz oktyabrın 3-də saat 18:00-da Moldovanın, oktyabrın 6-da saat 16:00-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək hər iki görüşü “CBC Sport”un YouTube kanalı vasitəsilə izləmək mümkün olacaq.