12 yanvar 2017 23:06
299

“Rosneft” Əlcəzairdəki səhmlərini satacaq

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti Əlcəzairdəki neft və qaz layihələrindəki səhmlərini satmaq niyyətindədir.

AZƏRTAC “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Əlcəzairdəki 245-ci Cənub blokundakı neft və qaz istehsalı layihəsi ilə bağlı investisiyalarından gözlədiyi mənfəəti əldə etməyən “Rosneft” buradakı səhmlərini satmaq niyyətindədir.

“Rosneft” “Gazprom”a bununla bağlı müqavilə təklif edib. Ancaq “Gazprom” həmin səhmləri satın almağı qəbul etməyib. “Rosneft”in səhmlərini Əlcəzairin enerji şirkəti “Sonatrach”a satacağı gözlənilir.