Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 75-BX-715 dövlət nömrə nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il Tahirov Qəzənfər Rasim oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakla bağlı araşdırma aparılır.