30 sentyabr 2026 21:09
98

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik.

“İki sahil” xəbər verir ki, bu ifadələr Türkiyənin “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyolun sosial media hesabında edilən paylaşımında yer alıb.

"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair imzalanan müqavilələr barədə açıqlama verən Akyol bunun xalqlarımız və hər sahədə çiyin-çiyinə olan qəhrəman ordularımız üçün xeyirli olmasını diləyib.