Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb.
“İki sahil” xəbər verir ki, "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə anklavın səhiyyə orqanlarının nümayəndələri bildiriblər. Onların məlumatına görə, İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi aviazərbə nəticəsində 1 qadın ölüb, onun əri və daha bir neçə nəfər isə yaralanıb. İsrail Müdafiə Ordusunun iddiasına görə, zərbənin hədəfi hərbçilərə hücumlar planlaşdıran HƏMAS yaraqlısı olub. Qeyd olunub ki, Qəzza şəhərinin Təl-əl-Həva rayonunda İsrailin endirdiyi daha bir aviazərbə nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Anklavın cənubunda, Xan-Yunisdə məscidin yaxınlığına endirilən zərbə nəticəsində yerli jurnalist Məhəmməd Əl-Nəccar həlak olub, bir neçə nəfər yaralanıb. Daha sonra Qəzza zolağının cənubundakı Qarara şəhəri yaxınlığında İsrailin hava zərbəsi nəticəsində 1 nəfər ölüb. Beləliklə, gün ərzində həlak olanların sayı azı 7 nəfər təşkil edib.
Qəzza Səhiyyə Nazirliyinin son məlumatlarına görə, atəşkəs elan ediləndən bəri azı 1 400 nəfər həlak olub. İsrail isə 4 hərbçisinin öldüyünü bildirir.
Fələstin hakimiyyəti bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Qəzzada 74 mindən çox insan ölüb.