Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi səbəbindən tətbiq edilən məhdudiyyət aradan qalıdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Xatırladaq ki, ötən gün yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb. Polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri həyata keçirilib, aşan avtomobilin ərazidən götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülüb.