01 oktyabr 2026 10:33
85

Bakıda üzgüçülük üzrə Dünya Kubokuna start verilib

Bakıda üzgüçülük üzrə Dünya Kubokuna start verilib.

“İki sahil” xəbər verir ki, ilk yarış günündə idmançılar təsnifat mərhələsində qüvvələrini sınayacaqlar. Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparır. Azərbaycanı yarışda 15 idmançı təmsil edir. Bunlar Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitskidir.

Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.