01 oktyabr 2026 15:14
148

Estoniya öz limanlarından Rusiya taxılının tranzitini qadağan edib

Estoniya hakimiyyəti Rusiya taxılının ölkə limanları vasitəsilə tranzitini qadağan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bəyan edib.

"Delfi" agentliyi onun sözlərindən sitat gətirir: "Biz Latviya və Litva ilə birlikdə Rusiya taxılının Baltikyanı ölkələrin limanlarından tranzitlə keçməməsini təmin etmək üçün çalışırıq".

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Qara dənizdəki vəziyyət fonunda Rusiyanın öz taxılının daşınması üçün alternativ yollar təmin etdiyini bildirmişdi.