Belarus NATO ölkələri qarşılıqlı hazırkarlıq nümayiş etdirəcəyi təqdirdə hərbi sahədə verifikasiya, erkən xəbərdarlıq mexanizmlərinə və digər şəffaflıq tədbirlərinə qayıtmağa hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Belarusun xarici işlər naziri Maksim Ryjenkov bildirib.
Avrasiyada yeni təhlükəsizlik sisteminin formalaşdırılması çərçivəsində NATO ölkələri ilə münasibətlərdə mümkün praktiki addımlar ilə bağlı sualı cavablandırlandıran Ryjenkov qeyd edib: "Əgər onlar hər hansı verifikasiyalara, hər hansı erkən xəbərdarlıqlara geri dönməyə hazır olsalar, buna mane olmayacağıq, əlbəttə ki, biz də buna gedəcəyik".