İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əli Fədəvi Amerika qüvvələrinin respublika sərhədlərindən min kilometrdən artıq məsafəyə çəkildiyini bildirib.
“İki sahil” xəbər verir ki, o, dövlət televiziyasının efirində çıxışı zamanı deyib: "Amerikalılar qaçaraq sərhədlərimizdən min kilometrdən çox aralandılar. Bu, onların seçimi deyil, İslam Respublikasının təsirinin və SEPAH quru qoşunlarının gücünün nəticəsi oldu".
Onun sözlərinə görə, Amerika gəmiləri ilk dəfədir ki, Fars körfəzində, Hörmüz boğazında, Oman dənizində və Hind okeanının şimal hissəsində yoxdur. O, boğazın artıq bir neçə aydır İranın nəzarəti altında olduğunu vurğulayıb.
Fədəvi həmçinin ABŞ-nin müharibə zamanı qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədiyini bəyan edib. Onun sözlərinə görə, Vaşinqtonun bölgədəki vəziyyətə təsir göstərmək cəhdlərinə baxmayaraq, Tehran Maskatla birlikdə Hörmüz boğazında gəmiçilik qaydalarını işləyib hazırlayıb və tətbiq edir.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib