06 oktyabr 2026 00:38
271

Astarada ölümlə nəticələnən yol qəzası baş verib

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Hamoşam kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü sürücü Əlikram Ağayev torpaq yolda VAZ-2121-ə ("Niva") idarəetməni itirib, nəticədə avtomobil aşıb. Ə.Ağayev hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.