07 oktyabr 2026 08:11
104

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

ABŞ-nin Alyaska yarımadasında 5,7 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Ankoric şəhərindən 322 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 87,6 kilometr dərinlikdə olub.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 5,5 bal qiymətləndirib.