08 oktyabr 2026 09:54
128

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitələr götürülüb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatlar zamanı M.Oruclu və N.Cavadovdan ümumilikdə 7 kiloqram narkotik vasitə və narkotik tərkibli həblər aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.