Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Türkiyənin özəl təbii qaz şirkətləri üçün qiymət artımı planlaşdırır.
AZƏRTAC “Kommersant” qəzetinə istinadla xəbər verir ki, “Gazprom” Türkiyənin özəl sektorunun təbii qaz idxalçıları üçün qiymət artımı nəzərdə tutur.
Qeyd edək ki, keçən ilin yanvarında “Gazprom” Türkiyənin özəl sektorunda fəaliyyət göstərən təbii qaz şirkətlərinə tətbiq etdiyi endirimi ləğv etmişdi. Ötən il aprelin ortalarında isə Türkiyənin təbii qaz şirkətləri “Gazprom” ilə həmin ilin ilk 3 ayı üçün 10,25 faizlik qiymət endiriminə dair razılığa gəlmişdilər.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub