Səyyar ASAN xidmət avtobusu oktyabr ayının 1-dən İsmayıllı şəhəri Heydər Əliyev prospekti 55 ünvanında vətəndaşlara xidmət göstərir.
İsmayıllı rayonunda 21 dəfə səyyar avtobus vasitəsilə xidmət gerçəkləşib. Bu dövr ərzində 72830 vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Hazırda İsmayıllı rayonunda fəaliyyət göstərən Səyyar ASAN avtobusunun növbəti dayanacağı Ucar rayonu olacaq.
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 427 mindən çox, 2026-cı il ərzində isə 141.858 vətəndaş müraciəti daxil olub.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə səyyar formada əhaliyə xidmət göstərilir. Əsas məqsəd
dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.
U-15 dünya çempionatının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir
120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Fərid Əhmədov: Probasiya şərtlərini pozmuş şəxslərin sayında kəskin azalma müşahidə edirik
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub