08 oktyabr 2026 16:17
121

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan Respublikasının və Ermənistan Respublikasının müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, həmçinin bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət yetirilib.