Qazaxıstan bu il 81 milyon ton neft və qaz kondensatı hasil etməyi nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan buna ölkədəki “Kaşaqan” və “Tengiz” neft və qaz yataqları ilə nail olmağı hədəfləyir.
“Kaşaqan” yatağından neft hasilatına 2016-ci ilin payızında başlanılıb. Yataqdan hasilat və ixrac həcmi artıq 1 milyon xam neft və kondensatı ötüb.
Qazaxıstanın Energetika Nazirliyi yanvarın 1-dən etibarən ölkədə neft hasilatının sutkada 20,000 min barrel azaldıldığını açıqlayıb. Nazirlik 2017-ci ilin ikinci yarısında da neft hasilatını azaltmaq barədə danışmağın hələ ki, tez olduğunu bildirib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub