10 oktyabr 2026 13:00
131

Uitkoff Ukrayna münaqişəsinin qışa qədər nizamlanması üçün aparılan

ABŞ Ukrayna, Avropa və NATO nümayəndələri ilə qışa qədər Ukrayna münaqişəsinin nizamlanması yollarını müzakirə edib.

“İki sahil” xəbər verir ki, ABŞ KİV-nin məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.

Görüş Mayamidə keçirilib. Tədbirdə ABŞ, “Avropa üçlüyü” ölkələrinin, Avropa Komissiyasının, Ukraynanın və NATO-nun nümayəndələri iştirak ediblər.

Uitkoff "X" sosial şəbəkəsindəki paylaşımında müzakirələrin konstruktiv keçdiyini bildirib.

“Qış gələnədək deeskalasiya və Rusiya ilə müharibənin başa çatdırılması üçün mümkün yolların axtarışı ilə bağlı konstruktiv müzakirələr aparılıb”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-dən davam edir.