11 oktyabr 2026 23:23
99

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşib

"Formula-1" üzrə "Ferrari" komandasının pilotu Lyuis Hemilton Sinqapur Qran-prisindən sonra özünü pis hiss edib.

“İki sahil” xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

"Yarışdan sonra Lyuis özünü yaxşı hiss etmirdi və onu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tibbi heyəti müayinə edib. FIA ona finişdən sonra mətbuatla ünsiyyət zonasına getməməyə icazə verib", – komandanın bəyanatında bildirilib.

Qeyd edək ki, sentyabrın 22-də "Formula-1" üzrə dünya çempionatının 2027-ci il mövsümündə Qran-pri mərhələlərində yarış məsafəsinin 15 kilometr azaldılacağı barədə məlumat yayılıb.