13 oktyabr 2026 20:55
104

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yaxın zamanda qərar qəbul ediləcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“İran uğursuz dövlətdir. Onların iqtisadiyyatı yoxdur. İnflyasiya 300 faizə çatıb. Pulları yoxdur. Hərbçilərinin və digər işçilərin maaşlarını ödəmirlər. Biz İranla bağlı çox yaxın zamanda qərar verəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp, həmçinin ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini və oradan böyük həcmdə neft daşındığını əlavə edib.