"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Yunanıstan təmsilçisi "Kolossos"u qəbul edən Martin Knejeviçin baş məşqçisi olduğu komanda 62:80 hesabı ilə uduzub.
Qarşılaşma Gəncə İdman Sarayında baş tutub.
Xatırladaq ki, "Gəncə" ilk oyunda səfərdə Türkiyə təmsilçisi "Esenler Erokspor"a məğlub olub - 63:92.