14 oktyabr 2026 10:20
108

Zelenski: ABŞ gecə saatlarında yenə Ukraynaya kəşfiyyat məlumatları ötürməyib

Ukrayna ötən gecə qərbli tərəfdaşlarından yenə kəşfiyyat məlumatları əldə etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Vladimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.

"Tərəfdaşlar tərəfindən ballistik raketlərin buraxılması ilə bağlı heç bir xəbərdarlıq yox idi. Artıq ikinci dəfədir ki, Ukraynaya xəbərdarlıq edilmir", — deyə o yazıb.

Xatırladaq ki, oktyabrın 13-də "Politico" nəşri ABŞ Prezidenti Donald Trampın Ukraynanı ABŞ-ın kəşfiyyat məlumatlarından məhrum edə biləcəyi və ya Ukrayna ordusunun güvəndiyi "Starlink" peyk internetini söndürmək məqsədilə İlon Maska təzyiq göstərə biləcəyi barədə məlumat yayıb.

Həmçinin oktyabrın 13-də Vladimir Zelenski Ukraynanın əvvəlki gecə ABŞ-dan Rusiya raketlərinin buraxılması ilə bağlı heç bir bildiriş almadığını bildirmişdi.