14 oktyabr 2026 10:00
102

Expressbankın xalis mənfəəti 65%, depozit portfeli isə19,5% artıb

 

 

Expressbankın aktivləri, kredit və depozit portfeli,eləcə də gəlirlilik göstəriciləri üzrə artım qeydə alınıb.

Expressbank ASC 2026-cı ilin III rübü üzrə maliyyənəticələrini açıqlayıb. Hesabat dövründə Bankın xalis mənfəəti65,09% artaraq 9,9 milyon manata, kredit portfeli 592,4 milyon manata, depozit portfeli isə 372,2 milyon manataçatıb.

Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 8,81% artaraq725,4 milyon manat təşkil edib. Müştərilərə verilmiş kreditlərinhəcmi 7,76% artaraq 592,4 milyon manata yüksəlib. Bizneskreditləri üzrə daha yüksək artım qeydə alınıb: bu portfel11,92% genişlənərək 223 milyon manata yaxınlaşıb. Kreditportfelində qeydə alınan artım Expressbankın müştərilərininmaliyyə ehtiyaclarına çevik yanaşmasının və onların inkişaftəşəbbüslərinə dəstəyinin göstəricisidir.

Depozit portfelində də əhəmiyyətli artım müşahidə olunub. Beləki, ümumi depozit portfeli 19,51% artaraq 372,2 milyonmanata, fiziki şəxslərin depozitləri isə 27,04% artaraq 330 milyon manata çatıb. Fiziki şəxslərin depozitlərindəki artımmüştərilərin Expressbanka göstərdiyi etimadı və Bankın maliyyəxidmətlərinə olan marağı əks etdirən mühüm göstəricilərdənbiridir. Bu dinamika Bankın müştəriləri ilə uzunmüddətlimünasibətlərinin inkişafı baxımından da əhəmiyyət daşıyır.

Bankın gəlirlilik göstəriciləri də müsbət dinamika nümayişetdirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri15,75% artaraq 70,2 milyon manata, xalis faiz gəliri isə10,24% yüksələrək 43,6 milyon manata çatıb. Əməliyyatmənfəəti 21% artaraq 18,5 milyon manat təşkil edib. NəticədəBankın xalis mənfəəti 65,09% artımla 9,9 milyon manatayüksəlib.

İnvestisiya və maliyyə əməliyyatları üzrə göstəricilərdə də artımqeydə alınıb. Ticarət və investisiya qiymətli kağızlarının həcmi49,42% artaraq 59,4 milyon manata çatıb. Banklar və digərmaliyyə institutlarına yerləşdirilmiş depozitlərin həcmi 53,60%,həmin institutlara verilmiş kreditlərin həcmi isə 75,70% artıb.

Qeyd olunan nəticələr Expressbankın müştəri etimadınıngücləndiyini və maliyyə göstəricilərində müsbət dinamikanı əksetdirir. Bank müştərilərinə etibarlı maliyyə tərəfdaşı kimi dəstəkgöstərməyə və müştəriyönümlü xidmətlərini inkişaf etdirməyədavam edir.

Expressbank Bakı və regionlarda 18 filialı ilə fəaliyyətgöstərir. Bankın məhsul və xidmətləriilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindənvə ya Bankın İnstagram”, “Facebook”, “LinkedIN” və“Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanışolun.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci iltarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.