14 oktyabr 2026 22:44
113

COVID-19 insanı həzz almaq qabiliyyətindən məhrum edə bilər - yeni araşdırma

COVID-19 insanı uzun müddət motivasiyadan və həzz almaq qabiliyyətindən məhrum edə bilər.

“İki sahil” xəbər verir ki, “Bloomberg” nəşrinin məlumatına görə, belə bir nəticəyə beynəlxalq alimlər qrupu gəlib.

Alimlərin bildirdiyinə görə, aparılan araşdırmalarda COVID-19 keçirən şəxslərdə dopamin sinir uclarının sıxlığının azaldığı aşkarlanıb. Bu, yaddaşa və emosiyalara təsir göstərə bilər. Ehtimal olunur ki, fəsadların xarakteri xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Bərpa üsulları isə hələ də araşdırılır.

Qeyd edək ki, COVID-19 SARS-CoV-2 virusunun törətdiyi yoluxucu xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virus barədə ilk məlumatı 2019-cu il dekabrın 31-də alıb. Xəstəlik əsasən tənəffüs yollarını zədələyir, ağciyərlərdə buzlaşmaya səbəb olur, qızdırma, öskürək, yorğunluq, boğaz ağrısı kimi simptomlarla müşayiət oluna bilər. Ağırlaşma riski yaşlı insanlarda və ürək-damar xəstəlikləri, diabet, xroniki tənəffüs yolu xəstəlikləri kimi yanaşı xəstəlikləri olan şəxslərdə daha yüksəkdir. ÜST-nin məlumatına görə, 2026-cı il sentyabrın 6-dək dünyada COVID-19-a təxminən 779,4 milyon yoluxma halı qeydə alınıb, 7,1 milyondan çox insan xəstəlikdən həyatını itirib.