ABŞ ordusu ilk hipersəs silahının yerləşdirilməsində qrafikdən üç ildən çox geri qaldığını etiraf edib
“İki sahil”in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ ordusu ölkənin ilk hipersəs silahının yerləşdirilməsini hələ də başa çatdırmayıb. Bununla da ABŞ-nin Çin və Rusiyadan geri qaldığı qabaqcıl texnologiyanın tətbiqində üç ildən çox gecikmə olduğu etiraf edilib.
Agentliyin məlumatına görə, ABŞ ordusu Dark Eagle ("Qara qartal") adı ilə tanınan uzaqmənzilli hipersəs raketinin yerləşdirilməsi üzərində işi davam etdirir. Sistemin istifadəyə hazır elan olunmasından əvvəl əlavə hazırlıq işləri, eləcə də texniki hazırlığın və döyüş qabiliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər tamamlanmalıdır.
"Bloomberg" qeyd edir ki, ABŞ ordusu bu texnologiyanın yerləşdirilməsi üçün əvvəllər müəyyən edilmiş bir neçə müddəti, o cümlədən 2023 və 2025-ci illəri ötürüb.
Hipersəs raketləri saatda 6,12 min kilometrdən çox sürətlə, aşağı hündürlükdə uça bilir. Bu xüsusiyyətlər onların ənənəvi hava hücumundan müdafiə sistemləri vasitəsilə ələ keçirilməsini çətinləşdirir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir