SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 620A saylı stasionar dəniz platformasının tikintisini uğurla başa çatdırıb.
8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2520 kvadrat metr, çəkisi isə 2398 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilmiş, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilmişdir. 7 dayaq bloku, 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançalarından ibarət platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilmiş, işçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıqlar quraşdırılmışdır.
Qeyd edək ki, dənizin 27 metr dərinliyində yerləşən platformadan sutkada 105 ton neft və 160 000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub