16 oktyabr 2026 11:55
108

İran hüquqları qorunmadığı təqdirdə Hörmüz boğazından keçidi məhdudlaşdırmağa davam edəcək

İran ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi bildirib ki, İran xalqının ayrılmaz hüquqlarına hörmət edilməyənədək Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlər qüvvədə qalacaq. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

İran ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi bildirib ki, qarşı tərəf İran xalqının hüquqlarına hörmət etməsə, Hörmüz boğazında gəmi hərəkətinə tətbiq edilən məhdudiyyətlər qüvvədə saxlanılacaq. General İranın gücünün dörd əsas komponentini sadalayıb. Bunlara xalq, silahlı qüvvələr, dövlət institutları və ölkənin geosiyasi mövqeyi daxildir. Onun sözlərinə görə, bu amillərin birləşməsi qarşı tərəfin hesablamalarını tamamilə alt-üst edib.

Hatəmi qeyd edib ki, İran İslam Respublikasının ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu çoxsaylı komandirlərin və vəzifəli şəxslərin itirilməsinə baxmayaraq, hərbi əməliyyatları davam etdirib. Onun sözlərinə görə, həmin itkilər silahlı qüvvələrin sonrakı fəaliyyətinə mane olmayıb. General bir daha vurğulayıb ki, qarşı tərəf İran xalqının ayrılmaz hüquqlarına hörmət etməyə başlamayana qədər Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.