16 oktyabr 2026 21:49
121

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır.

“İki sahil” xəbər verir ki, bu barədə İsveç Krallığı Hökumət Aparatının yaydığı press-relizdə bildirilib.

Vəsaitlər qışda Ukraynanın təxirəsalınmaz ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

İsveçin yeni yardım paketinə enerji təchizatı üçün avadanlıq və qurğular daxildir.

"Dəstək paketi ölkə üzrə müxtəlif yaşayış məntəqələrində təxminən 150 min ukraynalının evlərinin elektrik enerjisi və istiliklə təmin olunmasına, həmçinin xəstəxana, məktəb, telekommunikasiya və su təchizatı kimi həyati əhəmiyyətli xidmətlərin fəaliyyəti üçün zəruri enerji ilə təminatına yönəlib", – ölkənin inkişaf sahəsində əməkdaşlıq və xarici ticarət naziri Bencamin Duzan deyib.

2022-ci ilin fevralından İsveç Ukraynaya yardım üçün 158 milyard kron (15,95 milyard dollar) ayırıb. Bunun 29,6 milyard kronu (2,99 milyard dollar) mülki yardımın payına düşür.