17 oktyabr 2026 08:15
104

Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib

Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib.

"Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik, bu, bizə baha başa gəldi, hər yerdə həyatı məhv etdi və sonra sadəcə ayrıldıq. Biz ümumiyyətlə nə edirdik? Nə ilə məşğul idik?", - Ağ Ev rəhbəri deyib.

Tramp əlavə edib ki, ABŞ keçmişdə "qalib hər şeyi alır" prinsipini qulaqardına vururdu.