17 oktyabr 2026 16:27
110

Şimali Koreya yeni silahını təqdim edib - süni intellektlə təchiz olunub

Koreya Xalq Demokratik Respublikasıdna yeni torpedo sistemi təqdim olunub. İddiaya görə, süni intellektlə təchiz olunmuş sistem hədəfləri müstəqil şəkildə aşkarlaya və ona tuşlana bilir.

“İki sahil” xəbər verir ki, “The Independent” qəzetinin məlumatına görə, yeni torpedo sisteminin sınağı cümə axşamı həyata keçirilib.

Yeni silah “Zam-2.0” adlandırılıb. KXDR-in rəsmi məlumatında qeyd olunur ki, bu silah son dərəcə sürətli, yüksək dəqiqlikli idarə olunan torpedo sistemidir.

Bununla belə, Pxenyan süni intellektin bu sistemdə konkret olaraq hansı funksiyanı yerinə yetirdiyini açıqlamayıb.