19 oktyabr 2026 20:13
154

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər

Oktyabrın 19-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlər və həyata keçirilən tədbirlərə dair ətraflı fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Sonra qonaqlar müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş təlimin qərargahında olub, aviasiya texnikalarına baxış keçiriblər.