20 oktyabr 2026 17:16
152

U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

25–26 oktyabr tarixlərində U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu (407 oğlan və 99 qız) ümumilikdə 16 çəki dərəcəsində qüvvəsini sınayacaq. 

Ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.