"SpaceX" şirkətinin rəhbəri İlon Mask Ukraynanın Rusiya neft emalı zavodlarına (NEZ) zərbələr endirməsinə görə Kiyevi cəzalandırmaq istəyi səbəbindən Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" peyk rabitəsinin fəaliyyətinə məhdudiyyətlər tətbiq etmiş ola bilər.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən Böyük Britaniyanın "The Economist" jurnalı məlumat yayıb.
"The Economist" qeyd edib ki, "Starlink"ə çıxışın məhdudlaşdırılması haqqında qərar görünür, ABŞ Prezidenti Donald Tramp və İlon Maska yaxın olan dar bir şəxs dairəsindən gəlib. Nəşr dəqiqləşdirir ki, bu addımla Mask Ukraynanı Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrə görə cəzalandırmaq istəyib.
Mənbələrdən birinin jurnalistlərə bildirdiyinə görə, amerikalı sahibkar yalnız məhdudiyyətlər tətbiq edildikdən sonra Ağ Evlə əlaqə saxlayıb.
Keçən həftə Kiyevdə bəyan edilib ki, "SpaceX" Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" terminallarının 160 km/saatdan yuxarı sürətdə işləməsinə məhdudiyyətlər tətbiq edib və bu səbəbdən Ukrayna hərbçilərinin bir sıra əməliyyatları pozulub. Mask bəyan etmişdi ki, "Starlink" peyk sistemi hücum xarakterli döyüş əməliyyatlarının aparılması üçün tətbiq edilmir, ondan yalnız müdafiə və mülki məqsədlər üçün istifadə olunur. "Starshield" sistemləri isə ABŞ hökumətinin mülkiyyətindədir və onun nəzarəti altındadır; sürət və ya istifadə üzrə istənilən məhdudiyyətlər ABŞ Silahlı Qüvvələri və yekun olaraq ölkə prezidenti tərəfindən müəyyən edilir. "The Wall Street Journal" qəzeti isə iddia edirdi ki, Ukraynanın "Starshield" sisteminə çıxışının məhdudlaşdırılması barədə göstərişi məhz Mask özü verib.
Oktyabrın 22-si axşam saatlarında ABŞ Prezidenti Donald Tramp Ukraynanın hərbi təyinatlı "Starshield" peyk rabitəsinə çıxışının bərpa olunduğunu bəyan edib.
Nüsrət Məmmədov, "iki sahil"