SOCAR-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin kitabı Vyetnamda nəşr edilmişdir
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 2010-cu ildə Bakıda Azərbaycan və rus dillərində işıq üzü görmüş “Ömrümün illəri və izləri” adlı iri həcmli xatirələr kitabı bu günlərdə Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində nəfis şəkildə çap edilmişdir.Vyetnamda akademik Xoşbəxt Yusifzadənin şəxsiyyətinə və ömür yoluna böyük maraq göstərirlər. Bu, təsadüfi deyil. Ötən əsrin 70-80-ci illərində Azərbaycan Sənaye İnstitutunun - indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olarkən Vyetnamın gənc neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında Xoşbəxt Yusifzadənin böyük rolu olmuşdur. Vyetnam Sosialist Respublikası qarşısında xidmətlərinə görə akademik ölkənin “Dostluq” ordeni ilə təltif edilmişdir. Ona bu orden 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində təqdim olunmuşdur.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub