Neft-qaz hasilatı və geologiya sahələrində innovativ həlləri təşviq etmək məqsədilə “SOCAR Hakaton 2026”ya müraciətlər qəbul olunur. İştirakçılar öz ideyalarını təqdim etməklə enerji sənayesinin inkişafına töhfə vermək və ümumilikdə 9 500 manat məbləğində mükafat uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.
“İki sahil” xəbər verir ki, SOCAR-ın elanına əsasən, hakaton neft-qaz hasilatı və geologiya sahələrində bilik və təcrübəyə malik şəxsləri innovativ ideyalar ətrafında bir araya gətirməyi, yeni həllərin hazırlanmasını və enerji sənayesində əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
Müsabiqədə ən yaxşı həlləri təqdim edən iştirakçılar mükafatlandırılacaqlar. Belə ki, birinci yerin qalibinə 5 000 manat, ikinci yerin qalibinə 3 000 manat, üçüncü yerin qalibinə isə 1 500 manat məbləğində mükafat veriləcək.
Hakatonda iştirak etmək istəyən şəxslər 9 noyabr 2026-cı il tarixinədək müraciət edə bilərlər.
Ətraflı məlumat və qeydiyyat üçün SOCAR Hakatonunun rəsmi internet səhifəsinə daxil olmaq mümkündür.
BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib