26 oktyabr 2026 23:32
197

Türkiyədə turistləri daşıyan mikroavtobus aşıb, 15 nəfər yaralanıb

Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda turistləri daşıyan mikroavtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarm əməkdaşları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.