17 yanvar 2017 22:32
324

“Gazprom”un Avropaya təbii qaz ixracı 25,5 faiz artıb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti yanvarın 1-15-də Avropaya 9,2 milyard kubmetr təbii qaz ixrac edib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, bu göstərici 2015-ci ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz artıb.

Yanvarın əvvəlində isə “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller şirkətin Avropaya ixrac etdiyi təbii qaz həcminin rekord səviyyəyə çatdığını demişdi. O bildirib ki, 2016-cı ildə “Gazprom” Avropaya ümumilikdə 179,3 milyard kubmetr təbii qaz ixrac edib. Bu rəqəm 2015-ci ildəki göstəricidən 12,5 faiz çox olub.